Təsirli Şah Qold Suprim kompozisiyasının əsasını seçmə qara çay növlərinin müfəssəl şəkildə yoxlanılmış mürəkkəb kupajı təşkil edir. Çay parlaq, büzüşdürücü dadın dərinliyi və dolğunluğu ilə valehedici sitrus notlarının yüngül təravətli ətri arasında möhtəşəm balans yaradır.
Məşhur düzənlik və dağətəyi plantasiyalarda becərilmiş bu çay əsl həvəskarların qiymətləndirdiyi möhtəşəm dadı açır - dolğun və tünd, büzüşdürücü və səciyyəvi çay acılığı.
Berqamotlu qara çayın məşhur tarixi möhtəşəm resepti olan ŞAH Qold ERL QREY kompozisiyasında təcəssüm olunur. İri, zərif şəkildə burulmuş çay yarpaqları çaya səciyyəvi ədviyyat çalarları ilə dərin, dolğun dad verir, berqamotun parlaq, güclü ətri isə çaya sitrus təravəti verir.
Dolğun ŞAH Qold Hindistan çayının hazırlanması üçün Şimali Hindistanın məşhur plantasiyalarında becərilən çay yarpaqları xırdalanır və səliqəli iri dənəvər halına salınır.
Bu cür emal olunmuş çay yarpaqları içkiyə Hindistan çayının bütün dünyada yüksək qiymətləndirilməsinə səbəb olan büzüşdürücü dad çalarlarını, dolğun ətri və dəmin zəngin tünd yaqut rəngini bəxş edir.
Sıx burulmuş çay yarpaqlarından hazırlanmış klassik iri yarpaqlı yaşıl çay xoş acımtıllığı və yüngül bitki notları ilə səciyyəvi ətri olan büzüşdürücü dada malikdir.
Şah Qold Limon çayının zərif dadında klassik Hindistan çayının dolğun tünd dadı, dəmin zəngin mis rəngi və təravətli limonun parlaq ətri ilə ahəngdar şəkildə birləşir. Təravətli sitrus notları Hindistan çayına xas büzüşdürücü çalarları yumşaldır, dadın dolğunluğunu və təbii çay ətrinin əzəmətni önə çəkir.
Внимание! Продолжая использовать наш сайт, вы даете согласие на обработку своих персональных данных, в том числе, файлов cookie. Если вы не хотите, чтобы ваши данные обрабатывались, просим вас покинуть сайт.